UREYIN.AZ
Qadin Dunyasi
Qadin dunyasi
----
Gelin qaynana
Əsəbi qayınanalar: Başa düşülməsi ən çətin tiplərdəndir. Deyilən hər sözün altında bir bəd niyyət axtararlar. Hər vaxt problem yaradarlar. Bəziləri kobud qüvvətə belə müraciət edə bilər. Nəyə hirsləndikləri, nəyə sevindikləri çox müəyyən olmaz. Xeyirxah qayinanalar: Hər vəziyyətdə bəzilərinə kömək edən qayınanalardır. Köməksevərlik adına hər şeyi edə bilərlər. Bəzən bunu o qədər şişirdərlər ki qarşılarındakına kömək etmək istərkən bilmədən zərər də verə bilərlər. Şikayətçi qayınanalar: Davamlı hər şeydən şikayət edər, qarşılarındakı insanları canlarından bezdirərlər. Aldığınız əşya, bişirdiyiniz yemək və paltar mövzusunda həmişə şikayətçidirlər. Onların fikrincə gəlin, ya da kürəkən heç bir zaman istədiyi kimi çıxmamışdır. Şən qayınanalar: Tapılması ən çətin tiplərdir. Gəlin ya da kürəkənlərinə qarışmazlar. Hər cür problem üçün bir çıxış yolları vardır. Kimsədən iş gözləməzlər. Qırılsalar da kimsəyə bir şey bəlli etməzlər. Hər şeyə gülüb keçməyi bacararlar. Təmizkar qayınanalar: Bu qayınanaların bütün zərərləri özlərinədir. Nə qədər təmizlik vəsaiti varsa hamısının adlarını əzbərdən bilərlər. Davamlı təmizlik edib dayanarlar. Qapıdan girəcək olan hər kəsə ayaqqabılarını çıxartdırarlar, kreslolara oturanların haranı dağıtdığına diqqət yetirərlər. Onlara görə gəlinləri ya da kürəkənləri çox dağınıq və pintidirlər. Müdir qayınanalar: Bu tip qayınanalar, pul, ev, qısacası mal-mülk cəhətdən zəngindirlər və bunu hər vaxt istifadə edən təhlükəli tiplərdir. Malları və pulları ilə hər şeyi edə biləcəklərinə inanarlar. Gəlin və ya kürəkənin evinə bir şey aldıqları zaman qiymət etiketini çıxartmazlar. Hər mövzuda özləri ilə məsləhətləşilməsini istəyərlər. Qayınanaya aid bir evdə oturan gəlin və ya kürəkənə bunu hər vaxt onlara xatırladarlar. Yemək həvəskarı qayınanalar: Həyatlarındakı tək şey, yemək bişirmək və yeməkdir. Onlara bir neçə kilo ət, bir az tərəvəz və ərzaq aldığınız zaman uzun müddət sizinlə işi olmaz. Çox gözəl yemək bişirən bu qayınanalar sizin heç bir yemeyinizi bəyənməzlər. Kəndli qayınanalar: Gəlin və ya kürəkən, şərtlər nə olursa olsun gələn-gedən qonağa yaxşı davranmalıdır. Gəlini kənddən gələn hər cür adəti bilməli və onların yeməklərini edə bilmə qabiliyyətinə sahib olmalıdır. Gəlin və oğlu xüsusi günləri çox erkən saatlarda gələrək onlarla keçirməlidir. Əgər bir yerə gediləcəksə onun mütləq xəbəri olmalı, özü də onların yanında karvan halında gedilməlidir. Gəlin öz başına bir şey almağa qərar verə bilməz. Gəlin qonaq çağıracağı zaman ondan icazə almalıdır. Şəhərli qayınanalar: Şəhərdə nəqliyyatın çətinliyi səbəbiylə kürəkənin və ya gəlinin evini öz evlərinin yaxınına istəyərlər. Mümkünsə eyni məhəllədə oturmağı seçərlər. Gələcək qonaqları çox-çox qəbul etmək istəməz, gəlin və ya kürəkənin evinə gələcək qonağı özləri idarə etmək istəyərlər. Yeni eynək modelləri, çimərlik geyimləri bazara çıxdığında ilk olaraq onlar alarlar. Yeni mebel, xalçalar, pərdələr onların ən əhəmiyyətli istəkləridir, amma gəlin yeni pərdə istədiyində bədxərc olaraq qiymətləndirər və daş qoymağa çalışarlar.
*****
Ureyin.Az
Style:Göy (facebook)