UREYIN.AZ
Kişi Dunyasi

Ureyin.Az / Ilk Cinsi Yaxinliq

İlk cinsi yaxınlıq yeniyetmələr üçün böyük əhəmiyyət daşıyır.
Bu yaşda hər hansı bir cinsi yaxınlıq oğlanlar üçün kişi olmanın ən əsas göstəricisi və qürur mənbəyi hesab edilir. Qızlar üçün bu, tamam fərqli bir haldır. Oğlanlardan fərqli olaraq, qızların gizli saxladığı, utandıqları bir məsələdir. Ancaq qızlar üçün də gələcəkdə yaşayacağı ilk cinsi yaxınlıq xüsusi əhəmiyyətlidir.
Qızlar üçün ilk cinsi yaxınlıq daha duyqusal məna kəsb etdiyindən onların həmin şəxsi sevdiyim adlandırması normaldır. Qızlar oğlanlardan fərqli olaraq, ilk cinsi yaxınlıqlarını izah etdikdə daha çox mənfi, sərt reaksiayla qarşılaşarlar. Duyğusal bir məsələ olduğu üçün qızların keçirdiyi bu hisslərə günahkarlıq, utanc, qorxu və qayğı da daxildir.
Bəs ilk cinsi yaxınlıq nə vaxt yaşanmalı?
İnsan fiziki və psixoloji cəhətdən hazır olduqda. Yeniyetməlik dövrü bunun üçün uyğun bir dövr deyil. Çünki yeniyetməlik riskləri sevən bir dövrdür. Cinsi yaxınlıqda riskləri nəzərə almaq yoluxucu xəstəliklərə yoluxmaq, hamilə qalmaq kimi ciddi problemlərə yol aça bilər.
Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz.
Sağlam bir cinsəllik üçün fiziki cəhətdən tam inkişaf etmək və bunun məsuliyyətini öz öhdənə götürə biləcək qədər böyümək lazımdır. Cinsi yaxınlıq böyüməyin təsdiqi ola bilməz

» Geri Qayıt
Ana Sehife
Style:Göy (facebook)